Azərbaycanda koronavirusdan ölənlərin əksəriyyəti bu xəstəlikdən əziyyət çəkənlər olub

Vətəndaşlarımız arasında koronavirusdan ölənlərin böyük
əksəriyyəti xroniki ürək-damar xəstəliyindən əziyyət
çəkənlərdir.

Bunu AzerTimes-a açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə
və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və planlaşdırma
şöbəsinin müdiri Nabil Seyidov deyib.

Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, ölkəmizdə də
karantin qaydalarının tətbiqi insanların müəyyən zaman ərzində
hərəkətinin məhdudlaşdırılması xüsusilə xroniki xəstəlikləri olan
və yaşı çox olan vətəndaşlarımızın sağlamlığına mənfi təsir
göstərib.

“Pandemiyanın psixoloji, qeyri-sağlam qidalanma, hərəkətsizlik
və stress ürək-damar xəstəliklərinin artmasına səbəb olub. Nazirlik
olaraq pandemiya başlayandan vətəndaşlarımız arasında sağlam
həyatın təbliğinə, təşviqinə xüsusi diqqət edirik. Pandemiya
ürək-damar xəstəliklərinin tək ölkəmizdə deyil, dünyada artmasına
ciddi təsir göstərib. Hazırda karantin qaydalarının yumşaldılması,
insanların aktiv həyata qayıtması ürək-damar xəstəliklərinin
azalmasına səbəb olacaq”, – deyə N.Seyidov bildrib.

Teqlər: