Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 403 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 236 768 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 718 nəfər müalicə olunaraq sağalıb, 3 241 nəfər vəfat edib, 3 809 aktiv xəstə sayı nəfərdir.
Ölkədə son sutka ərzində 8 169, hazırkı dövrədək isə 2 653 375 test aparılıb.