Azərbaycanda koronavirusa yoluxanların sayı minə yaxınlaşır

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 931 yeni yoluxma faktı qeydə alınıb, 225 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 345 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 492 nəfər müalicə olunaraq sağalıb, 5 034 nəfər vəfat edib, aktiv xəstə sayı 7 356 nəfərdir.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 257, ötən müddət ərzində isə ümumilikdə 4 060 235 test aparılıb.

Teqlər: