Azərbaycanda koronavirus infeksiyasına daha 213 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, son sutkada 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 338 183 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 200 nəfər müalicə olunaraq sağalıb, 4 991 nəfər vəfat edib, aktiv xəstə sayı 1 992 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 817, ötən müddət ərzində isə ümumilikdə 3 905 500 test aparılıb.