Xəbər - Elçin Mehdiyev – Trend:
Sentyabr ayından bu günə qədər 14 758 şagird koronavirusa yoluxub, təhsil işçiləri arasında isə yoluxanların sayı 7090 nəfər olub.
AzerTimes-ın məlumatına görə, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev bu gün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, ibtidai siniflər arasında yoluxan şagirdlərin sayı 2246 təşkil edib. R.Ağayev əlavə edib ki, 5-9-cu sinif şagirdləri arasında 4411 şagird, 10-11-ci sinif şagirlər arasında isə 7525 nəfər şagird koronavirusa yoluxub.