Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 95 yeni yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, son sutkada infeksiyadan ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 336 318 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 380 nəfər müalicə olunaraq sağalıb, 4 977 nəfər vəfat edib, aktiv xəstə sayı 961 nəfərdir.
Ölkədə son sutka ərzində 10428, hazırkı dövrədək isə 3 778 410 test aparılıb.