Azərbaycanda koronavirusa qarşı peyvənd istehsalı nəzərdən keçirilir

Yaxın vaxtlarda Bakıya 100 min dozadan artıq koronavirusa qarşı “Sputnik V” peyvəndi gətiriləcək.

AzerTimes-ın TASS-a istinadən məlumatına görə, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Sankt-Peterburqda Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda koronavirusa qarşı Rusiya peyvəndlərinin istehsalı məsələsi nəzərdən keçirilir.


“Aprel-may aylarında 100 mindən çox doza Sputnik V peyvəndinin gətirilməsi ilə bağlı razılıq əldə olunub. Çünki pandemiyanı dayandırmağın yeganə yolunun kütləvi peyvəndləmə olduğunu yaxşı bilirik.

“Biz yalnız peyvəndlər tədarük etməyə hazırlaşmırıq, həm də bildiyim qədəri ilə Azərbaycanda bu peyvəndlərin istehsalına dair məsələyə baxılır. Bu da kütləvi peyvəndləmənin sürətlənməsinə və bəlkə də peyvəndlərin başqa ölkələrə ixracına imkan verəcək “

Teqlər: