Azərbaycanda koronavirusa 75 nəfər yoluxub, 1 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, 1 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 336 122 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 275 nəfər müalicə olunaraq sağalıb, 4 975 nəfər vəfat edib, aktiv xəstə sayı 872 nəfərdir.

Ölkədə son sutka ərzində 8828, hazırkı dövrədək isə 3 758 131 test aparılıb.
Teqlər: