Azərbaycanda koronavirus pasportu olmadan muzey və qalereyalara giriş məhdudlaşdırılır – Nazirlik

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 1-dən etibarən iaşə obyektlərinin, otellərin və böyük ticarət mərkəzlərinin xidmətlərindən “COVID” pasportu olan şəxslər istifadə edə bilərlər.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Trend Life-a verilən məlumata görə, qurum rəhbəri Anar Kərimovun qərarı ilə bu qayda koronavirusun yayılmasını azaltmaq məqsədi ilə idarənin tabeliyindəki muzey və qalereyalarada aiddir.

Bildirilir ki, birinci doza peyvənd edilən şəxslərə də adı çəkilən yerlərə girişə icazə verilir.

Teqlər: