Azərbaycanda kompüter və optik məhsulların istehsalı artıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda bu ilin yanvar-mart aylarında kompüter və optik məhsulların istehsalında artım müşahidə olunub.

AzerTimes-ın məlumatına görə, qeyd olunan müddət ərzində kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 50,2 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 14,1 faiz artmışdır.


Dövr ərzində əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 29,4 dəfə, mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 2,0 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 52,1 faiz artmışdır.

Teqlər: