Azərbaycanda klub rəhbəri və qohumu faciəli şəkildə öldü

Azərbaycanda klub rəhbəri və qohumu faciəli şəkildə öldü

Ağdaş şəhər sakini, 1988-ci il təvəllüdlü Fərid Ağa oğlu Ağazadə rayonun Dəhnəxəlil kəndi ərazisində çayda çimərkən boğulub.

AzerTimes Oxu.az-a istinadla xəbər verir ki, onu sudan çıxartmaq məqsədilə çaya düşən dayısı oğlu, 1990-cı il təvəllüdlü Rəhman Cəfər oğlu Əliyev də çayda boğularaq ölüb.

Hər iki şəxsin meyiti səhər saatlarında sudan çıxarılıb.

Qeyd edək ki, Rəhman Əliyev Azərbaycan II liqa təmsilçilərindən olan “Ağdaş” klubunun rəhbəridir.

Teqlər: