Ötən il Azərbaycanda doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 73,5 il, qızlar üçün isə 78,4 il müəyyən edilib.
AzerTimes Yeniavaz-a istinadla xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
Müqayisə üçün bildirək ki, 2022-ci ildə doğulanlarla müqayisədə ötən il kişilər üçün gözlənilən ömür uzunluğu azalıb, qadınlar üçün isə dəyişməz qalıb. Belə ki, 2022-ci ildə doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 73,6 il olub.
Məlumat üçün bildirək ki, kişilərdə gözlənilən ömür uzunluğu sonuncu dəfə 2016-cı ildə bu səviyyədə olub. Sonrakı illərdə artmağa başlayıb və 2019-cu ildə 73,8 ilə yüksəlib. 2020-ci ildə isə kəskin şəkildə aşağı düşərək 69,5 il olub. Lakin sonrakı 2 ildə yenidən artıb. Ötən il isə yenidən azalıb.