Azərbaycanda il ərzində 60 min 810 nəfər vəfat edib.
AzerTimes Yeniavaz.com-a istinadla xəbər verir ki, vəfat edənlərin 33 min 157 nəfərini kişilər, 27 min 653 nəfərini isə qadınlar təşkil edib.
Vəfat edən kişilərin isə 47,8%-i və ya 15 min 872 nəfəri 65 yaşına çatmadan ölüb.
Məlumat üçün qeyd edək ki, 1 iyul 2020-ci tarixindən etibarən Azərbaycanda kişilər 65 yaşından sonra pensiyaya çıxırlar.