Ağcabədi rayonunda kişi sevgilisini bıçaqlayıb.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə sentyabrın 2-də rayon ərazisində yerləşən “Bakı” çay evinin qarşısında qeydə alınıb.
Belə ki, Şükür Eldəniz oğlu Qənbərov ilə qeyri-rəsmi nikah münasibətlərində olduğu Laçın rayon sakini, 1997-ci il təvəllüdlü Sücayət Məcid qızı İbrahimovanın qısqanclıq zəminində aralarında münaqişə yaranıb. Daha sonra o, üzərində gəzdirdiyi mətbəx bıçağı ilə S.İbrahimovanın bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məclləsini 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurm) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.