Azərbaycanda “kinder” məhsullarının yığışdırılması ilə bağlı
qərar yoxdur.
AzerTimes-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin
(AQTA) sədri Qoşqar Təhməzli deyib.
O qeyd edib ki, “Kinder”in Belçikada müəyyən aralıqda istehsal
etdiyi 6 növ məhsul “Salmonella” bakteriyasının olması şübhəsi ilə
ixrac edildiyi ölkələrdən geri çağrılır:
“Azərbaycanda olan həmin məhsullarda “salmonella” aşkarlanmayıb.
“Salmonella” ilə zəhərlənmə ilə bağlı da hər hansı bir hal baş
verməyib.
Hazırda ticarət mərkəzlərində satılan məhsullar o kateqoriyadan
deyil. Geri çağılmış məhsullar yığışdırıldıqdan sonra təkrar
ekspertizalar keçiriləcək. Ekspertizadan sonra həmin məhsulların
taleyi ilə bağlı qərar veriləcək”, – deyə o bildirib.