Xəbər - Sədrəddin Ağcayev – Trend:
2021-ci ilin aprel ayında Azərbaycanda kibertəhlükəsizliklə bağlı 332 müraciət edilib.
AzerTimes bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, aprel ayı ərzində mərkəzə daxil olan sorğulardan 93,7 faizinə baxılıb və təmin edilib.
Mərkəzdən verilən məlumata görə, aprel ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 3 domen və 5 subdomen qeydiyyatdan keçib.
Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 17 hesabat təqdim edilib.
Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında, kibertəhlükəsizliklə bağlı müraciətlərin ümumi sayı 1 506 ədəd təşkil edib. Dövr ərzində ümumi sorğuların 95,9 faizi baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 66 hesabat təqdim edilib. Yanvar-aprel ayları ərzində Azərbaycanın internet seqmentində 16 domen və 41 subdomen qeydiyyata alınıb.
(Tərcümə: Orxan Nəbiyev)