Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun dəyəri açıqlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8034,3 milyon manat təşkil edib ki, onun da 3791,1 milyon manatı heyvandarlıq, 4243,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 4,1 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,7 faiz, bitkiçilik məhsulları üzrə isə 5,4 faiz artıb.

2020-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,2 faiz artaraq 457,5 min ton, süd istehsalı 1,6 faiz artaraq 1809,3 min ton, yun istehsalı 0,1 faiz artaraq 16,0 min ton, barama istehsal 11,4 faiz artaraq 497,4 ton, yumurta istehsalı isə 3,8 faiz azalaraq 1554,2 milyon ədəd olub.

Teqlər: