Azərbaycanda kənd təsərrüfatının rəqəmsallaşdırılması sürətlə davam edir – AQTA

Azərbaycanda kənd təsərrüfatının rəqəmsallaşdırılması prosesi
sürətlə davam edir və bu məsələyə böyük diqqət ayrılır.

Trend-in
məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin
(AQTA) sədri Qoşqar Təhməzli FAO-nun dəstəyi ilə Kənd Təsərrüfatı
Nazirliyi tərəfindən təşkil olunmuş kənd təsərrüfatının
rəqəmsallaşdırılması üzrə beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, agentlik son illərdə qida təhlükəsizliyinin
təmin olunması sahəsində və Azərbaycanın ixrac potensialının
artmasında böyük uğurlara nail olub.

Agentlik sədri bildirib ki, 2021-ci ildə kənd təsərrüfatı
fəaliyyətinin gücləndirilməsi üzrə layihə çərçivəsində kənd
təsərrüfatı heyvanlarının elekton eyniləşdirilməsinə start
verilib.

“Bu, heyvanların sağlamlığı və qidalanma keyfiyyəti üzərində
nəzarəti təmin etməyə imkan verdi. Bununla da biz bazara tədarük
olunan məhsulun keyfiyyətini artıra bilərik. Bu layihə bu günədək
Bakı və Sumqayıtda reallaşdırılıb”, – Q.Təhməzli deyib.

O əlavə edib ki, Azərbaycanda qida məhsullarının idxal və
ixracına ciddi nəzarət olunur.

“Bu, qida sənayesində biznesin şəffaflığı və səmərəliliyinin
təmin olunmasına imkan verəcək”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: