Azərbaycanda kənd təsərrüfatı məhsulları üzrə elektron məlumat
bazası yaradılır.
AzerTimes-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin
tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi
Fikrətzadə kənd təsərrüfatının rəqəmsallaşdırılması üzrə beynəlxalq
konfransda deyib.
Onun sözlərinə görə, bu platforma kənd təsərrüfatı məhsulları
ilə bağlı məlumatların toplanmasını, qiymətinin bu sahədə
dinamikanın izlənməsini nəzərdə tutur.
“Bu günədək bazaya dörd minə yaxın fermer inteqrasiya olunub. Bu
layihənin hazırlanması fermer və sahibkarlar tərəfindən kənd
təsərrüfatı fəaliyyətinin səmərəliliyi və şəffaflığının təmin
olunmasına imkan verir”, – deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)