Azərbaycanda kassa aparatları ilə dövriyyə 38,1% artıb

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa
aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam
etdirilir.

Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, indiyədək ölkə
ərazisində 58.095 ədəd yeni nəsil NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf
aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına
və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2022-ci ilin yanvar-mart aylarında yeni nəsil NKA-lar vasitəsilə
qeydə alınan dövriyyə 4,3 milyard manatdan çox olub ki, bu da ötən
ilin eyni dövrü ilə müqayisədə 38,1% çoxdur.

Teqlər: