Azərbaycanda karantin rejimi ilə bağlı bu məhdudiyyətlər ləğv olundu – TAM SİYAHI

Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi
karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti
mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ
Qərargah tərəfindən qərar qəbul edilib

Trend xəbər verir ki, 2022-ci il martın 6-dan aşağıdakı
məhdudiyyətlər ləğv edilir:

  • mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və
    konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin
    uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar
    da daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq
    və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı
    vaxt və say məhdudiyyəti;
  • dini ibadət yerlərinə tətbiq edilən say və eyni vaxtda ibadət
    üçün nəzərdə tutulan yerlərlə bağlı faiz məhdudiyyəti;
  • şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.)
    keçirilməsi ilə bağlı vaxt və say məhdudiyyəti;
  • ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri
    və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti,
    həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı
    məhdudiyyət;
  • pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu
    zamanı tətbiq edilən adambaşı sıxlıq normaları;
  • 10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris və repetitor
    xidmətlərinin həyata keçirilməsi məhdudiyyəti
Teqlər: