Cəlilabadın Qarazəncir kənd sakini bədbəxt hadisə nəticəsində ölüb.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Masallıda yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.
Belə ki, orada istirahət edən 2003-cü il təvəllüdlü Hasil Cəfər oğlu Cəfərov suya atılan zaman başı daşa dəyib. Ağır xəsarət onun ölümünə səbəb olub.
Faktla bağlı araşdırma aparılır.