Xəbər - Zeyni Cəfərov – Trend:
2021-ci ilin birinci yarısında Azərbaycanda 23,3 milyard manat məbləğində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Bu barədə Trend-ə Mərkəzi Bankdan bildiriblər. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz çox olub.
Hesabat dövründə məhsul və xidmətlərin 96 faizdən çoxu özəl sahibkarlıq subyektlərinin, o cümlədən 48 faizi fərdi sahibkarların payına düşüb.
Mərkəzi Bankın məlumatlarına əsasən, bu ilin birinci yarısında adambaşına düşən istehlak xərcləri 387,7 manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 5,5 faizi çoxdur.
Twitter: @jafarov_zeyni
(Tərcümə: Orxan Nəbiyev)