Azərbaycanda istehsal olunan bir sıra məhsulların Türkiyəyə ixracı müzakirə olunub (FOTO)

Azərbaycanda istehsal olunan günəbaxan və buğda kimi təsərrüfat
məhsullarının Türkiyəyə ixracı məsələsi müzakirə olunub.

Trend– xəbər
verir ki, bu fikirləri Türkiyə Respublikasının kənd təsərrüfatı və
meşəçilik nazirinin müavini Fatih Metin Müstəqil Sənayeçilər və İş
Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan şöbəsi heyəti ilə görüş zamanı
qeyd edib.

Görüşdə tərəflər ortaq layihələrin üzərində iş birliyi və yeni
layihələrin hazırlanması məsələsini müzakirə ediblər.

Həmçinin, Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik
Nazirliyinin Qarabağda və digər bölgələrdə Azərbaycanla edəcəyi
əməkdaşlıqlar və MÜSİAD Azərbaycanın bu əməkdaşlığa verəcəyi töhfə
müzakirə olunub.

Bununla yanaşı, Türkiyənin kənd təsərrüfatı istehsalında olan
təcrübələrinin Azərbaycanda tətbiq perspektivləri ilə yanaşı,
meşələrin kənd təsərrüfatı sahəsində səmərəli istifadəsinə və
aqro-meşə sahəsinə dair fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı kənd təsərrüfatı iş forumunun həyata
keçirilməsinin mümkünlüyü gündəmə gətirilib.

Teqlər: