Azərbaycanda istehsal edilən tikinti materiallarının dəyəri məlum olub

Xəbər - Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda tikinti materialları istehsalının ümumi dəyəri 699,9 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 79,0 faiz artıb.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, betondan yığma tikinti konstruksiyaların istehsalı 2,2 dəfə, emal edilmiş mərmər travertin, alebastr və onlardan məmulatların istehsalı 58,0 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 37,0 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 35,7 faiz, tikinti kərpicinin istehsalı 30,8 faiz, tikinti gipsinin istehsalı 30,6 faiz, tikinti əhənginin istehsalı 3,3 faiz artıb.

Asfaltın istehsalı isə 0,2 faiz azalıb.

Teqlər: