Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı xeyli artıb

2022-ci il in yanvar-aprel aylarında Azərbaycanda 710 ədəd və ya
ötən ilin müvafiq dövrü ilə müqayisədə 202 ədəd çox minik
avtomobili istehsal olunub.

AzerTimes-ın məlumatına görə, qeyd olunan müddət ərzində maşın və
avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və
yarımqoşquların istehsalı sahələrində 2022-ci ilin yanvar-aprel
aylarında 167,8 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin
istehsalı 4,4 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı
2,5 dəfə, maşın və avadanlıqların istehsalı isə 30,8 faiz
artıb.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
traktorların istehsalı 4,3 faiz artıb.

Teqlər: