Xəbər - Fidan Babayeva – Trend:
2021-ci ilin yanvar-may aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 4,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 3,4 faiz artıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Hesabata əsasən, may ayında istehlak qiymətləri indeksi əvvəlki ötən ilin mayı ilə müqayisədə 4,9 faiz artıb.
(Tərcümə: Orxan Nəbiyev)