Xəbər - Humay Ağacanova – Trend:
Azərbaycanda işsiz şəxslərin işlə təmin olunması üçün yeni konsepsiya hazırlanıb.
AzerTimes-ın məlumatına görə, bunu “Sosial saat” adlı proqramda çıxışı zamanı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.
O bildirib ki, işsiz şəxslərlə fərqli formatda işləməyə başlanılacaq: “Misal olaraq, bu günə qədər vətəndaş gəlib deyirdi ki, mənə hansısa məşğulluq aləti tətbiq edin. Yeni konsepsiyaya əsasən, vətəndaş müraciət edərək sadəcə işsiz olduğunu bəyan edir.
Bundan sonrakı prosesləri isə biz izləyəcəyik. Biz həmin vətəndaşın məşğulluq imkanlarını qiymətləndirib və işlə təminatını fərdi məşğulluq proqramına əsasən aparacağıq. Bununla da həm dövlət alətlərinin səmərəliliyini müəyyən edəcəyik, həm də məşğulluq alətinin vətəndaşa ən uyğun olanını qabağa çəkirik. İnanırıq ki, yeni konspesiyada peşə yönümlü məsləhət xidməti ön plana çəkiləcək”.