Azərbaycanda iqtisadiyyatın kreditləşməsi artıb – Dünya Bankı

Xəbər - Zeyni Cəfərov – Trend:

2021-ci ilin martında Azərbaycanda iqtisadiyyatın kreditləşməsi fevral ayı ilə müqayisədə 0,7 faiz artıb.

AzerTimes bu barədə Dünya Bankının aylıq hesabatına istinadən məlumat verir.

Hesabat dövründə Azərbaycanda istehlak və ipoteka kreditləşməsi də artıb.

2021-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatının kreditləşməsi ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz azalıb. Mart ayında problemli kreditlərin həcmi bankların kredit portfelində 6,2 faizə bərabər olub.


Bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 10 faiz azalıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: