Azərbaycanda iqtisadi fəal əhalinin sayı 50 min nəfərə yaxın artıb

Xəbər - Nəzrin İsrafilova – Trend:

2021-ci ilin 1 oktyabr tarixinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5,3 milyon nəfərə yaxın təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,6 min nəfər çoxdur.

Trend bu barədə Mərkəzi Bankın pul siyasəti barədə hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, ölkədə məşğul əhalinin sayı 4,9 milyon nəfərdən çox olub ki, bu da 2020-cu ilin müvafiq dövrü ilə müqayisədə 93 min nəfər çoxdur.

Muzdla çalışan işçilərin sayı 2021- ci ilin sentyabrın 1-nə 1,6 mlyon nəfər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz artım deməkdir. O cümlədən, iqtisadiyyatın dövlət sektorunda işləyənlərin sayı 900 min nəfər, qeyri-dövlət sektorunda isə 784 min nəfər təşkil edib.

Hesabat dövründə müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,5 faizi emal sənayesi, 7,5 faizi tikinti, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma, 1,9 faizi su təchizatı və tullantıların təmizlənməsi və emalı sənayesində fəaliyyət göstərib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: