Azərbaycanda investisiya fəaliyyətinin həyata keçirilməsi
formaları müəyyən edilir.
AzerTimes-ın məlumatına görə, bu barədə məsələ “İnvestisiya
fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, investisiya fəaliyyəti aşağıdakı
formalarda həyata keçirilə bilər:
– hüquqi şəxslərin yaradılması və yenidən təşkili;
– hüquqi şəxslərdə iştirak paylarının (səhmlərin) əldə
edilməsi;
– xarici hüquqi şəxsin Azərbaycan Respublikasında filial və
nümayəndəliyinin təşkili;
– fərdi sahibkarlıq;
– investisiya fəaliyyətinin həyata keçirilməsinə dair
müqavilənin bağlanması;
– əmlakın, o cümlədən əmlak hüquqlarının və pul dəyəri olan
digər hüquqların əldə edilməsi;
– bu Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi
aktlarda qadağan olunmayan digər formalar.