Azərbaycanda inflyasiyanın xarici amilləri aktivləşib – Əli Əsədov

Ötən il dünyada ərzaq qiymətlərinin davam etməsi,
tərəfdaşlarımızda qiymətlərin artması Azərbaycana da təzyiq
göstərib.

AzerTimes-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin
bu gün keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi
zaman deyib.

Baş nazir bildirib ki, Azərbaycanda inflyasiyanın xarici
amilləri aktivləşib, Azərbaycanda xarici məhsulların inflyasiyası
aktivləşib. Baş nazir vurğulayıb ki, ötən il ərzində inflyasiyanın
60 faizi ərzaq infilyasiyasının payına düşüb.

O bildirib ki, anti-inflyasiya siyasəti hökumətin iqtisadi
siyasətinin mühüm istiqamətlərindən biridir və inflyasiyanın
əhalinin sosial vəziyyətinə təsirini minimallaşdırmaq məqsədi
daşıyır.

Teqlər: