Azərbaycanda illik inflyasiya açıqlandı

Azərbaycanda illik inflyasiya açıqlandı

Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 101 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,7 %, qeyri-qida məhsulları üzrə 101,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,5 % təşkil edib.

AzerTimes bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə isə 100,2 %, ötən ilin eyni dövrünə nisbətən isə 100,4 % olub.

Teqlər: