Azərbaycanda ilk ödənişli avtomobil yolunun istifadəyə verilmə vaxtı məlum oldu (ÖZƏL)

Azərbaycanda ilk ödənişli magistral yol kimi istifadəsi nəzərdə
tutulan Bakı-Rusiya sərhədi avtomobil yolunun tikintisi bu ilin
sonuna qədər başa çatacaq.

Bunu AzerTimes-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli
deyib.

Qurum sözçüsü bildirib ki, hazırda tikinti işləri tam qaydasında
aparılır.

“Yolun uzunluğu 150 kilometrdir. Ərazidə tikinti işləri davam
etdirilir. Yolun tikintisi ilə yanaşı, ərazidə turniketlər də
quraşdırılır. Artıq bəzi hissələrdə turniketlər quraşdırılıb,
ödəmə-keçid məntəqələri yaradılıb. İlin sonuna qədər yolun
tikintisi və quraşdırma işləri tam başa çatdırıacaq və həmin yol
istifadəyə veriləcək”, – A.Nəcəfli bildirib.

Teqlər: