Azərbaycanda ilk dəfə üzgüçülüyün dayvinq növü üzrə beynəlxalq yarış keçirilib

Azərbaycanda ilk dəfə olaraq üzgüçülüyün fridayvinq növü üzrə
Aquatic Palace Open Cup 2022 yarışları keçirilib. Azərbaycan
Üzgüçülük Federasiyasının, Azərbaycan Gənclər və İdman Nazirliyinin
və Bakı Su İdmanı Sarayının təşkilatçılığı ilə keçirilən bu
beynəlxalq yarışa 3 ölkədən 23 idmançı qatılıb.

Federasiyanın mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə,
Azərbaycan, Rusiya və Özbəkistandan olan 4 qadın və 19 kişi idmançı
birincilikdə öz güclərini sınayıblar.

Yarışlara Beynəlxalq Dayvinq Federasiyası tərəfindən iki hakim
göndərilmişdi. Yarışın qaydalarına əsasən idmançılar birinci günü
suda nəfəs saxlama, ikinci günü isə suya dərinliyə baş vurma üzrə
mübarizə aparırdılar.

Yarışların hər iki növündə kişilərdən Qubad Məmmədov,
qadınlardan isə Anna Vəliyeva birinci yeri qazandılar. Sonraki iki
yeri kişilərdən Eldar Qadirov və Namiq Əhmədzadə, qadınlardan isə
Oksana Beker və Ülviyyə Həsənova tutdular. Bakı Su İdmanı Sarayında
təşkil olunan beynəlxalq turnir iki gün davam edib.

Teqlər: