Azərbaycanda ilk dəfə Qadın Liderlər Forumu baş tutub (FOTO)

EKVİTA-nın təşkilatçılığı və baş sponsorluğu, Coca-Cola
Azərbaycanın sponsorluğu ilə “Qadın Liderlər Forumu” keçirilmişdir.
Forum müasir cəmiyyətimizdə gender stereotiplərinin qırılması və
qadınların biznes, hüquq kimi müxtəlif sahələrdə artan rolu
haqqında 2 panel müzakirə əsasında formalaşmışdır.

Daha çox biznesdə qadınların rolunu vurğulayan birinci paneldə
idarəetmədə bərabər iştirak hüququ, qadın rəhbərlər və onların
üzləşdiyi çətinliklər müzakirə mövzusu olmuşdur. İkinci panel
zamanı isə hüquqda kifayət qədər öz sözünü demiş panelistlər
tərəfindən qadınların rolunun gücləndirilməsi, korporativ
idarəetmədə iştirak və dövlət dəstəyi proqramları haqqında
diskussiyalar aparılıb.

Forum çərçivəsində həmçinin inklüzivliyə dəstək məqsədi ilə
“Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin xanım üzvlərinin
hazırladığı əl işlərindən ibarət sərgi də keçirilmişdir. Forumun
ikinci yarısı klassik musiqinin müşayiəti altında netvörkinq şam
yeməyi ilə sonlandırılmışdır.

Teqlər: