Mişlen mükafatına layiq görülmüş məşhur baş aşbaz Cuzeppe Kasto “Gazelli Café”nin dəvəti ilə ilk dəfə Bakıya səfər etmişdir. Səfər çərçivəsində Kasto diqqətəlayiq yerləri ziyarət etmiş, Azərbaycan milli mətbəxindən təamları dadmış, həmçinin bir sıra kulinar ustad dərsləri keçirmiş və “Gazelli Café”nin baş aşpazı Timur Pivkin və komandası ilə yüksək qastronomiya sirlərini bölüşmüşdür.
Baş aşpazın sözlərinə görə, kulinariya sahəsində karyerasına başlamazdan əvvəl beş il ərzində mehmanxana işi institutunda təhsil alıb. Universiteti bitirdikdən sonra Cuzeppe dünyada səyahət etməyə başlayıb və çox sayda müxtəlif ölkəyə səfər edib. Kastro öz restoranını doğma Siciliyada açmışdır. 2010-cu ildə isə Cuzeppe Kasto kulinariya sahəsində ən yüksək mükafatlardan birinə – MICHELİN ulduzuna layiq görülmüşdür.
“Mən həmin günü çox gözəl xatırlayıram. Sanki dünən idi. MICHELİN ulduzu uzun illər çalışıb səy göstərdiyim arzudur, kulinariya sahəsində yüksək nüfuzdur. Bu böyük məsuliyyətdir, böyük əmək və səy tələb edir”, – deyə C. Casto fikirlərini bölüşmüşdür.
Diqqətəlayiq yerlərdən başqa, italiyalı baş aşbaz yerli bazarda da olmuşdur. Ustad dərsləri zamanı baş aşpazın komandası tərəfindən təqdim edilən yeməklərin yerli Azərbaycan məhsullarından hazırlandığını vurğulamışdır. Dequstasiyaya təqdim olunan yeməklərin hər biri nəfis dadı, inanılmaz ətri və süfrəyə qeyri-adi formada təqdim edilməsi ilə fərqlənirdi.
“Baş aşpaz və bütün “Gazelli Café” komandası ilə işləmək imkanı qazandım. Biz kulinariyanın sirlərini bölüşdük və təcrübə mübadiləsi apardıq, həmçinin “Gazelli Café”nin koloritli və beynəlmiləl menyusu üçün bir neçə maraqlı yemək yaratdıq”.