Azərbaycanda ilk dəfə hemofiliyanın inhibitor forması olan 3 ağır xəstənin müalicə olunması planlaşdırılır

Bu il Azərbaycanda ilk dəfə hemofiliyanın inhibitor forması olan
3 ağır xəstəni müalicə olunması planlaşdırılır.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti Elmira Qədimova deyib.

Onun sözlərinə görə, hemofiliya müxtəlif lokalizasiyalı və
intensivli qanaxmalar ilə xarakterizə olunan ağır irsi qan
xəstəliyidir.

“Xəstəlik resessiv əlamətlərlə ötürülən irsi koaqulopatiya
olaraq müxtəlif qanaxma və qansızmalarla müşahidə edilir”, – deyə o
əlavə edib.

Teqlər: