Azərbaycanda iki şirkət barəsində iş qaldırıldı

Azərbaycanda iki şirkət barəsində iş qaldırıldı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti duru və bərk yağ (marqarin, spred) məhsulları bazarının araşdırılması ilə əlaqədar tələb olunan sənəd və məlumatları təqdim etmədiyi üçün Sun Food və Bakı Qida və Yağ Fabriki MMC-lər barədə antiinhisar qanunvericiliyinin tələblərinin pozulması üzrə iş qaldırıb.

Dövlət Xidmətindən AzerTimes-a verilən məlumata görə, araşdırmalar “Antiinhisar fəaliyyəti haqqında” qanun və Nazirlər Kabinetinin “Antiinfliyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 21 fevral 2022-ci il tarixli sərəncamı çərçivəsində aparılır.

Teqlər: