Prezident İlham Əliyev Gəncə şəhərinin inzibati ərazi bölgüsündə
qismən dəyişiklik edilməsi haqqında qanunu təsdiq edib.
Trend xəbər verir ki, qanunda deyilir:
“Gəncə şəhərinin inzibati ərazi bölgüsündə aşağıdakı
dəyişikliklər edilsin:
1. Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv
edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət
reyestrindən çıxarılsın.
2. Ləğv edilmiş Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli
sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri
tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri hesab
edilsin.
3. Ləğv edilmiş Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə
inzibati ərazi dairələri, Cavadxan qəsəbə, Hacıkənd qəsəbə, Məhsəti
qəsəbə, Nətavan qəsəbə, Sadıllı qəsəbə, Şıxzamanlı qəsəbə inzibati
ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4
nömrəli sahə inzibati ərazi dairələri, Cavadxan qəsəbə, Hacıkənd
qəsəbə, Məhsəti qəsəbə, Nətavan qəsəbə, Sadıllı qəsəbə, Şıxzamanlı
qəsəbə inzibati ərazi dairələri hesab edilsin.”