Azərbaycanda içməli suyun təhlükəsizliyinə dair yeni tələblər müəyyən edilir

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda içməli suyun (qablaşdırılmış) və qida məhsullarının
emalı prosesində istifadə olunan suyun təhlükəsizliyinə dair
tələblər müəyyən edilir.

AzerTimes-ın məlumatına görə, bu barədə məsələ “Qida təhlükəsizliyi”
haqqında yeni qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, içməli su (qablaşdırılmış) və qida
məhsullarının emalı prosesində istifadə edilən su qida
təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən
olunan tələblərə uyğun olmalıdır.

İçməli suyun (qablaşdırılmış) və qida məhsullarının emalı
prosesində istifadə edilən suyun qida təhlükəsizliyi sahəsində
texniki normativ hüquqi aktların tələblərinə uyğunluğuna dövlət
nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən həyata keçirilir.

Təbii mineral suların (qablaşdırılmış) istehsalı, emalı və
dövriyyəsi həmin sular müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən bu Qanunun 25.1-ci maddəsinə əsasən
qeydiyyata alındıqdan sonra yol verilir.

Teqlər: