Xəbər - Samir Əli – Trend:
Azərbaycanda Hindistan ştammının aşkarlanması ilə bağlı fakta rast gəlinməyib.
Bunu AzerTimes-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildiriblər.
Məlumatda qeyd edilir ki, hazırkı dövrə qədər ölkədə belə bir fakt qeydə alınmayıb : “Hələ ki, ölkəmizdə Hindistan ştammının yayılması ilə bağlı rəsmi məlumat yoxdur. Bununla bağlı hər hansı bir məlumat olduqda ictimaiyyətə açıqlanacaq”.
Qeyd edək ki, hazırda qonşu İran da daxil olmaqla bir neçə ölkədə bu ştamm qeydə alınıb.