Azərbaycanda hidrometeoroloji müşahidə şəbəkəsi
avtomatlaşdırılır.
Trend xəbər verir ki, bunu Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Ekspert
saatı”nda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva
deyib.
O qeyd edib ki, Qarabağ bölgəsində 11 stansiya
quraşdırılacaq.
“Həmin stansiyaların iyun ayına qədər quraşdırılması
gözlənilir”, – deyə xidmət rəisi bildirib.