Azərbaycanda hidrogen istehsalı işə düşə bilər.
Trend-in məlumatına görə, bunu Energetika
Nazirliyinin nümayəndəsi Rauf Qurbanov “Azərbaycanda ekoloji təmiz
avtomobillərin istismarı və təmiz ətraf mühit” adlı mətbuat
konfransında deyib.
Onun sözlərinə görə, bu, Azərbaycanın 2050-ci ilədək
uzunmüddətli inkişaf strategiyasında əks olunub.
“Bundan başqa, Azərbaycanda hidrogenin təkcə yanacaq qismində
istifadəsi üçün deyil, həm də ixrac üçün istehsalı məsələsi
müzakirə olunur”, – R.Qurbanov deyib.
(Tərcümə: Orxan Nəbiyev)