Xəbər - Sədrəddin Ağcayev – Trend:
Yaxın zamanlarda Azərbaycanda Həştərxan iş mərkəzinin açılması planlaşdırılır.
AzerTimes-ın məlumatına görə, bunu Rusiyanın Həştərxan vilayətinin Beynəlxalq əlaqələr regional agentliyinin rəhbəri Vladimir Qolovkov deyib.
O bildirib ki, Azərbaycan Xəzər regionunda əsas tərəfdaşlardan biridir:
“Turizm əməkdaşlıq üçün perspektivli sahədir. Yaxın zamanlarda Bakıda Həştərxan iş mərkəzinin açılması planlaşdırılır. Onun məqsədlərindən biri Həştərxanın turizm məhsullarının təşviqi olacaq”.
Bundan başqa, Azərbaycanla Həştərxan vilayəti arasında Xəzər dənizində kruiz marşrutlarının yaradılması məsələsi müzakirə olunub.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)