Xəbər - Çingiz Səfərli -Trend:
Azərbaycanda hər il hipertoniyadan (qan təzyiqinin yüksək olması) 24 min insan ölür.
Trend xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, hipertoniya hər il ölkə iqtisadiyyatında 600 milyon manatlıq itkiyə səbəb olur.
“Təkcə Şamaxında 19 min hipertoniya xəstəsi var. Bunlardan sadəcə 2400-ü xəstə olduğunu bilir və müalicə alır. Digərləri ölüm riski qrupuna daxildir”.
ÜST rəsmisi bu baxımdan ilki səhiyyə xidmətinin önəmini vurğulayıb.