Azərbaycanda hər 8 nəfərdən biri sahibkardır – Deputat

Azərbaycanda hər 8 nəfərdən biri sahibkardır – Deputat

Hazırda Azərbaycanda 1,4 milyondan çox vergi ödəyicisi var.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili bildirib.

“Bu da o deməkdir ki, ölkəmizdə hər 8 nəfərdən biri sahibkardır. Prezident İlham Əliyevin təşəbbüsü ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun qəbul edilməsi iş adamlarına göstərilən qayğının nümunəsidir”, – deyə o qeyd edib.

Teqlər: