Azərbaycanda hemofiliya xəstələrinin sayı açıqlanıb

Hazırda ölkəmizdə 1747 nəfər qeydiyyata alınmış hemofiliya
xəstəsi var.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti Elmira Qədimova deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)
məlumatlarına əsasən, hemofiliya A hər 10 min nəfər kişi cinsinin 1
nəfərində, hemofiliya B isə hər 50 min nəfər kişi cinsinin 1
nəfərində təsadüf edilir. Hesablamalara görə, yer kürəsində
təxminən 400 minə yaxın insan hemofiliyanın ağır dərəcəsi ilə
xəstədir.

“Hazırda ölkəmizdə 1747 nəfər qeydiyyata alınmış hemofiliya
xəstəsi var. Xəstələrin respublika ərazisində yayılma tezliyin
Bakı, Sumqayıt şəhərlərində və Mərkəzi Aran regionunda nisbətən
daha çoxdur.

Bu gün digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda
da hemofiliyalı xəstələr ev şəraitində müalicə olunur, həmçinin
stasionar və ambulator şəraitdə müalicə alırlar”, – deyə E.Qədimova
əlavə edib.

Teqlər: