Azərbaycanda həkim vəfat edib.
AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat həmkarları tərəfindən sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, paytaxtın 8 saylı Şəhər Poliklinikasının həkim cərrahı Azad Hüseynov ağciyər-ürək çatışmazlığından vəfat edib.
Qeyd edək ki, A.Hüseynov 40 ildən çoxdur həkim kimi çalışıb. O, daha əvvəl 4 saylı Şəhər Poliklinikasında da işləyib.