Azərbaycanda Həcc ziyarəti başlayır

Azərbaycanda Həcc ziyarəti başlayır

Bu il Azərbaycandan Həcc ziyarətinə avqust ayının 24-də başlanacaq.    

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Məlumata görə, 900 nəfərlik qrup yola düşəcək. Ziyarət məbləği 3850 dollar müəyyənləşdirilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı hökümətinin qərarı ilə 2014, 2015 və 2016-cı illərdə Həcc ziyarətində olanlar və bu il təkrar getmək istəyənlər 535 dollar vergi ödəməlidirlər. Bu vergini Səudiyə Ərəbistanı hökuməti tələb edir.

QMİ-dən bildirilib ki, bu il təkrar Həcc ziyarətinə getmək istəyənlərin sayı hələlik 40-50 nəfərdir. Onların sayının artacağı da istisna edilmir.